Rusiyanın "VKontakte" sosial şəbəkəsində nasazlıq yaranıb. İstifadəçilər mobil proqrama və platformanın veb saytına daxil ola bilmirlər.
Qaziler.az bildirir ki,“RİA Novosti” agentliyinin şirkət nümayəndələrinə istinadən verdiyi məlumata görə, tərtibatçılar artıq girişin bərpası üzərində işə başlayıblar.
“İstifadəçilər bəzi xidmətləri yükləməkdə çətinlik çəkə bilərlər. Biz girişi tam şəkildə bərpa etməyə çalışırıq”, - şirkətdən bildiriblər.
“Sboy.rf” portalının məlumatına görə, cəmi bir gün ərzində 3000-dən çox şikayət qeydə alınıb. Statistikaya görə, sosial şəbəkənin fəaliyyətində uğursuzluqlar Rusiyanın ən azı 35 regionunda müşahidə olunub. Eyni zamanda, uğursuzluqlarla bağlı şərhlərin əksəriyyəti (24%) Moskva sakinlərindən gəlir. Şikayətlərin sayına görə ikinci yerdə Sankt-Peterburq (13%), üçüncü yerdə isə Sverdlovsk və Çelyabinsk vilayətləri (hər biri 4%) qərarlaşıb.
QAZİLER.AZ