Avstraliyanın Kvinslend ştatının Karumba qəsəbəsi siçovulların hücumuna məruz qalıb.
Qaziler.az bildirir ki, bu barədə News.com.au noyabrın 22-də məlumat yayıb.
Gəmiricilər sahil zonasını zəbt edib, orada kütləvi şəkildə ölməyə başlayıblar. Yerli sakinlər bildiriblər ki, bu səbəbdən şəhərdə dəhşətli qoxu var. Onlar bunun xəstəliyin yayılmasına səbəb olacağından qorxurlar.
Bildirilir ki, siçovulların ilk sürüləri bir neçə həftə əvvəl görünməyə başlayıb. Əlverişli hava şəraiti səbəbindən xeyli çoxalıblar, lakin indi qida çatışmazlığı ilə üzləşirlər və yaxınlıqdakı adalara üzməyə çalışırlar, buna görə də suyun yaxınlığında ölürlər.
QAZİLER.AZ