Həmas İsraillə münaqişədə humanitar fasilə üçün əldə olunan razılaşmanın sabah saat 10:00-da qüvvəyə minəcəyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, HƏMAS Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Əbu Merzuk Qətər mərkəzli Əl-Cəzirə televiziyasına verdiyi açıqlamada, qarşıdurmada 4 günlük humanitar fasilə üçün əldə edilən razılaşmanın sabah saat 10:00-da başlayacağını bildirib.
Razılaşmanın təfərrüatları İsrail baş nazirliyi tərəfindən gecə saatlarında açıqlanıb və kabinetin dünən axşam keçirilən səsvermədə Qəzzada bütün əsirlərin azad edilməsi hədəfinin birinci mərhələsini təsdiqlədiyi açıqlanıb.
Bəyanatda deyilir: “Buna uyğun olaraq qadın və uşaqların da olduğu ən azı 50 girovun 4 gün müddətinə azad edilməsi və bu müddət ərzində hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur. Hər 10 girovun azad edilməsi münaqişədə əlavə bir günlük fasiləyə imkan verəcək”.
QAZİLER.AZ