Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın “sülh planı” ilə tanış olmağa hazır olduğunu açıqlayıb. Amma bu, ərazi güzəştlərini nəzərdə tutursa, bu, sülhə gətirib çıxarmayacaq.
Qaziler.az bildirir ki, bu barədə Zelenski "Fox News" kanalına müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, o, guya “Ukrayna üçün çox tez sülh sazişi bağlaya biləcəyini” dəfələrlə bəyan edən ABŞ-ın 45-ci prezidenti Donald Trampla dialoqa hazırdır".
"Mən hazıram. Əgər onun (Trampın - red.) çox konkret sülh planı varsa, bunu mənimlə bölüşə bilər. Bəli, Donbas və Krımı Rusiyaya versək, bu müharibəni dayandıra bilərik. Fikrimcə, ölkəmiz belə bir sülh planına hazır olmayacaq. Bu, sülh planı deyil”, - deyə Zelenski qeyd edib.
QAZİLER.AZ