Argentinanın yeni prezidenti hiperinflyasiya ilə bağlı xəbərdarlıq edib

Argentinanın yeni prezidenti hiperinflyasiya ilə bağlı xəbərdarlıq edib backend

Argentina yüksək inflyasiya və ya hətta hiperinflyasiya ilə üzləşəcək, çünki ölkənin əvvəlki rəhbərliyi qiymətləri süni şəkildə aşağı saxlamışdı.

Qaziler.az bildirir ki, bu barədə ölkənin seçilmiş prezidenti Xavyer Miley "La Nacion" televiziyasına müsahibəsində xəbərdarlıq edib.

Siyasətçinin sözlərinə görə, sələfi malların bahalaşmasını cilovlamaqla seçicilərin rəğbətini qazanmağa çalışıb. “Argentina tarixindəki ən pis böhrandan” qaçmaq hələ də mümkündür, lakin biz çox diqqətli davranmalıyıq. Miley vurğulayıb ki, ölkənin büdcə korreksiyasına ehtiyacı olacaq, əks halda vətəndaşların 95 faizi yoxsullaşacaq.

İnflyasiya Argentinada xroniki problem olaraq qalır, lakin son bir ildə 1991-ci ildən bəri ən yüksək səviyyəyə çatmışdır. Oktyabrın ortalarına olan məlumata görə, qiymət artımları 140 faizi ötüb. Ölkənin hazırkı rəhbərliyinin qiymət artımını dayandıra bilməməsi Maylinin ikinci turda qalib gəlməsinin əsas səbəblərindən biri olub.

QAZİLER.AZ

Diaspora