Bayden deyir ki, bəzi HƏMAS girovları tezliklə evlərinə dönə bilər.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrail, Fələstinin HƏMAS hərəkatı və ABŞ arasında girovların azad edilməsi ilə bağlı saziş bağlanmağa yaxındır.
Bu barədə Amerika prezidenti Co Bayden noyabrın 21-də Ağ Evdə bəyan edib.
“Biz anlaşmaya çox yaxınıq. Bu girovlardan bəzilərini tezliklə evə qaytara bilərik. Amma mən təfərrüatlara varmaq istəməzdim, çünki tam yerinə yetirilməyənə qədər heç bir iş görülmür”, - deyə New York Post onun sözlərindən sitat gətirir.
Bayden əlavə təfərrüatların daha sonra açıqlana biləcəyini söylədi. Hazırda danışıqların gedişi "yaxşı görünür" dedi.
QAZİLER.AZ