Partizanlar Melitopolda kafedə işğalçıları zəhərlədilər: ölənlər var

Partizanlar Melitopolda kafedə işğalçıları zəhərlədilər:  ölənlər var backend

Zaporojye vilayətinin işğal olunmuş Melitopol şəhərində partizanlar işğalçıları siçovul zəhəri ilə zəhərləyiblər. İlkin məlumatlara görə, müqavimət hərəkatı Rusiya FSB əməkdaşlarını ləğv edib.

Qaziler.az bildirir ki, bu barədə şəhər meri İvan Fedorova milli telemarafonun efirində məlumat verib.

Merin sözlərinə görə, ukraynalı müqavimət fəalları öyrəniblər ki, ruslar yerli kafelərdən birindən yemək və spirtli içki sifariş veriblər, bundan sonra hamısına siçovul zəhəri qatıblar.

Rusiya KİV-i xəbər verir ki, siçovul zəhəri olan yeməyi Rusiya FTX xidmətinin əməkdaşları alıb.

Nəticədə onlardan ən azı üçü dünyasını dəyişib, daha birinin (zabitin) vəziyyəti ağır olaraq qalır və o, reanimasiyadadır.

İndi rusiyalılar zəhərlənmiş şam yeməyi gətirən kuryeri tapmağa çalışırlar, lakin indiyədək bütün axtarışlar nəticəsiz qalıb.

QAZİLER.AZ

Diaspora