Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin BRİKS-in fövqəladə onlayn sammitində Qəzza zolağından rusların geri qayıtmasında göstərdiyi köməyə görə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə minnətdarlığını bildirib.
Qaziler.az-ın məlumatına görə, Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyası Fələstin-İsrail münaqişəsinə son qoymaq üçün dünya ictimaiyyətini birgə səylərə çağırır.
O, həmçinin qeyd edib ki, girovları azad etmək və insanları evakuasiya etmək üçün Qəzzada humanitar fasilələr lazımdır, lakin uzunmüddətli atəşkəs daha yaxşıdır.
QAZİLER.AZ