Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarını özünümüdafiə adlandırmaq olmaz.
Qaziler.az bu barədə TASS-a istinadla məlumat verir.
Onun sözlərinə görə, Fələstin anklavında İsrailin dinc əhaliyə qarşı cinayətləri güclənir, günahsız insanlar əziyyət çəkir, tibb müəssisələri və mülki infrastruktur dağıdılır.
Diplomat əlavə edib ki, Ər-Riyad Fələstin-İsrail münaqişəsinə beynəlxalq ictimaiyyətin reaksiyasını gücləndirmək və Qəzza zolağında sadə insanların qanının axıdılması və insan haqlarının pozulmasını dayandırmaq üçün Moskva və digər tərəfdaşlarla əməkdaşlıq etmək niyyətindədir.
QAZİLER.AZ