Livanın cənubunda İsrail Müdafiə Qüvvələrinin endirdiyi zərbə nəticəsində “Al Mayadeen” telekanalının müxbiri və operatoru həlak olub.
Qaziler.az bildirir ki, bu barədə “nyus.ru” “Al Wataniya” xəbər agentliyinə istinadla məlumat verib.
Jurnalistlərlə birlikdə daha bir Livan vətəndaşı da dünyasını dəyişib. Agentliyin məlumatına görə, İsrailin zərbəsi Teir Harfa və Əl-Cibbeyn yaşayış məntəqələri arasındakı əraziyə endirilib.
Noyabrın 21-də “Al Mayadeen” qəzeti Qəzza zolağının mərkəzi hissəsində xəstəxana binası yaxınlığında partlayış baş verdiyini bildirib. Məlumata görə, Deyr əl-Bələh şəhərindəki Şuhada əl-Əqsa xəstəxanasının yaxınlığında partlayış baş verib. Zərərçəkənlər, eləcə də hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
QAZİLER.AZ