Serbiya NATO ilə hərbi təlimlər keçirəcək

Serbiya NATO ilə hərbi təlimlər keçirəcək backend

NATO-nun baş katibi Yens Stoltenberq Balkan ölkələrinə səfəri zamanı Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə hərbi təlimlərin keçirilməsi imkanlarını müzakirə edib.

Qaziler.az bildirir ki, məlumatı Serbiyanın “Novosti.rs” nəşri verib.

Stoltenberq xatırladıb ki, Belqrad artıq NATO qoşunları ilə manevrlərdə iştirak edib və onların mümkün bərpasını alqışlayıb. Şimali Atlantika Alyansının baş katibi bu təlimlərin nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

“Biz birgə hərbi təlimlərin keçirilməsi imkanlarını müzakirə etdik. Birgə hərbi təlimlərin bərpasını alqışlayırıq”, - Stoltenberq bildirib.

QAZİLER.AZ

Diaspora