Rusiya-Finlandiya sərhədində 100-dən çox miqrant saxlanılıb

Rusiya-Finlandiya sərhədində 100-dən çox miqrant saxlanılıb backend

Son bir həftə ərzində Kareliya Respublikasında Rusiya vizası müddəti bitmiş 150-yə yaxın miqrant saxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı region rəhbərinin mətbuat katibi Marina Kabatyuk RBC-yə bildirib.

Miqrantlar Rusiya Federasiyası ilə Finlandiya arasındakı sərhədi keçməyi planlaşdırıblar. Hazırda əcnəbilər məcburi saxlanma yerlərindədir və ölkədən deportasiya olunmalarını gözləyirlər.

“İndi onlar Kareliyanın daxili işlər orqanlarının vətəndaşlarının məcburi qaldıqları yerlərdədir. Onların gələcək taleyinə məhkəmə qərar verəcək. Onları cərimə və Rusiyadan məcburi deportasiya gözləyir”, - Kabatyuk bildirib.

QAZİLER.AZ

Diaspora