Britaniya parlamentariləri ölkənin müdafiə nazirinin müavini Ceyms Kartlicə hərbi evlərdəki siçovul və kiflərdən şikayət ediblər.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” yerli “Evening Standard” qəzetinə istinadən xəbər verir. Deputatların sözlərinə görə, onlara seçicilərdən bir sıra müvafiq şikayətlər daxil olub.
“Şropşirdəki kazarmada yaşayan seçicilərimdən biri bildirdi ki, o, siçovullarla dolu bir evdə yaşayır”, - Liberal Demokrat partiyasının deputatı Helen Morqan deyib.
Onun sözlərini Leyboristlər Partiyasından olan deputat Kris Elmor da təkrarlayıb.
“Keçən ilin bu vaxtı yəqin ki, nazir müavininin bundan xəbəri var, 5 minə yaxın hərbçinin evini qara kif, rütubət basıb. Bir il keçsə də, çoxlu sayda hərbçilərimiz və onların ailələri hələ də eyni problemlə üzləşirlər”, - o əlavə edib.
Qeyd olunur ki, bu şikayətlərə cavab olaraq müdafiə nazirinin müavini Kartlic vəziyyəti düzəltməyə söz verib. Onun sözlərinə görə, Britaniya hökuməti hərbi evlərin təmiri üçün əlavə vəsait ayıracaq.
QAZİLER.AZ