İsrail Fələstin üzrə BCM ilə əməkdaşlıqdan imtina edib

İsrail Fələstin üzrə BCM ilə əməkdaşlıqdan imtina edib backend

İsrail Fələstindəki vəziyyətin araşdırılması ilə bağlı işdə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyəcək.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti”yə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor məlumat verib.

"Biz BCM ilə əməkdaşlıq etməyəcəyik, çünki biz vətəndaşlarımızın hüquqlarını qoruyuruq və terrorizmlə mübarizə aparırıq", - o deyib.

Bundan əlavə, Ben-Dorun sözlərinə görə İsrail məhkəmənin istintaq komissiyalarına etibar etmir, çünki onların gündəliyi əvvəlcədən məlumdur. O, 2009-cu ildə Qəzza zolağında İsrailin “tanımadığı” müharibə ilə bağlı aparılan istintaqı xatırladıb.

QAZİLER.AZ

Diaspora