Liberiyanın keçmiş vitse-prezidenti Cozef Boakay prezident seçkilərində qalib gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “Liberian Observer” portalı seçki komissiyasına istinadən xəbər verir.
Boakay artıq seçicilərinə minnətdarlığını bildirib və vədlərini yerinə yetirəcəyinə əmin edib.
“Səs verməyə gələn hər kəsə təşəkkür etmək istəyirəm. Siz seçkilərə xüsusi diqqət yetirdiniz, çünki inkişafa ehtiyacınız var. Ona görə də demək istəyirəm ki, məni seçdiyiniz üçün Allahın xeyir-duası sizinlə olsun”, - Boakay bildirib.
Qeyd edilib ki, yeni prezident 1983-1985-ci illərdə Liberiyanın Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışıb. 2006-2018-ci illərdə ölkənin vitse-prezidenti olub. 2023-cü il prezident seçkilərinə qədər siyasətçi artıq bir neçə dəfə (2005 və 2011-ci illərdə) dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürüb. Cozef Boakay evlidir və dörd uşaq atasıdır. Həmçinin Effort baptist kilsəsində diakondur.
QAZİLER.AZ