Bolqarıstanın baş naziri istefa verəcəyini açıqlayıb

Bolqarıstanın baş naziri istefa verəcəyini açıqlayıb backend

Bolqarıstanın baş naziri Nikolay Denkov brifinqdə polis tərəfindən futbol azarkeşlərinin döyülməsi ilə bağlı səs-küylü qalmaqaldan sonra vəzifəsini tərk etməyə hazır olduğunu bildirib.

Qaziler.az  TASS-a istinadən xəbər verir ki, siyasətçi hadisə araşdırılmayacağı və günahkarlar işdən çıxarılmayacağı təqdirdə istefaya gedəcəyini açıqlayıb.

“Dəyənəkdən istifadə edib vətəndaşları səbəbsiz döyənlər polis xidmətində olmamalıdır. Əgər daxili işlər naziri Kalin Stoyanov baş verənləri ciddi zorakılıq kimi qiymətləndirməsə və günahkarlara qarşı sərt tədbirlər görməsə, mən istefa verəcəm”, - Denkov vurğulayıb.

Qeyd edilib ki, bir neçə gün bundan əvvəl sosial şəbəkələrin Bolqarıstan seqmentində polisin müqavimət göstərməyən vətəndaşları döyməsi ilə bağlı görüntülər yayılıb. Videoda təhlükəsizlik qüvvələrinin üzlərinə maska taxdığı və geyimlərində xüsusi identifikasiya nömrələri olmadan hərəkət etdiyi nəzərə çarpıb.

QAZİLER.AZ

Diaspora