İsrail Qəzza zolağında BMT-nin məktəbinə hücum edib

İsrail Qəzza zolağında BMT-nin məktəbinə  hücum edib backend

İsrail Müdafiə Qüvvələri BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının Yaxın Şərqdə - Qəzza zolağının mərkəzində yerləşən məktəbinə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Nyus.ru” WAFA agentliyinə istinadla xəbər verir. Məlumata görə, hücum nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb.

WAFA yazır ki, bu məktəbə təqribən 2000 nəfər sığınıb. Onların bir çoxu obyektə bu yaxınlarda gəlib.

Qeyd edilb ki, İsrail ordusu Qəzza zolağında İndoneziya xəstəxanasını da mühasirəyə alıb və onu tanklardan atəşə tutub. Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail ordusunun tankları binanı tamamilə mühasirəyə alıb. Atışma nəticəsində tibb müəssisəsinin əməkdaşları, eləcə də xəstəxanaya çatdırılan xəstələr həlak olub. Hazırda orada 150-yə yaxın yaralı xəstə və 100-ə yaxın həkim var.

QAZİLER.AZ

Diaspora