Üç NATO ölkəsi Qara dənizi minalardan təmizləyəcək

Üç NATO ölkəsi Qara dənizi minalardan təmizləyəcək backend

NATO üzvləri Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizi minalardan təmizləmək üçün birgə qüvvələrin yaradılması ilə bağlı razılaşmaya yaxınlaşıblar.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” dərc edib. Qeyd olunub ki, Ukrayna münaqişəsi nəticəsində hərbi sursatlar onların sularına düşür.

Agentlik məsələ ilə tanış olan üç nəfərə istinadən xəbər verir ki, üç ölkənin müdafiə nazirlərinin müavinləri dənizi minalardan təmizləmək üzrə təfərrüatları danışmaq üçün Ankarada görüşməyə hazırlaşırlar. Etibarnamə əldə olunarsa, minaaxtaran qüvvə NATO əməliyyatı sayılmayacaq, lakin 2022-ci ilin fevralından bəri Qara dəniz müttəfiqlərinin ilk böyük birgə hərəkəti olacaq.

QAZİLER.AZ

Diaspora