Oğurluq və cinayətkar birlikdə iştirak ittihamı ilə beynəlxalq axtarışa verilmiş ukraynalı Vyaçeslav Şeremet Rusiyadan Şimali Makedoniyaya ekstradisiya edilib.
Qaziler.az bildirir ki, bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
İdarədən verilən məlumata görə, təqsirləndirilən şəxs 2017-ci ildə qrupun digər üzvləri ilə birlikdə qanunsuz olaraq bankın kassasına girərək fərdi seyflərdən qızıl-zinət əşyaları, şəxsi əşyalar və ümumi dəyəri 15 milyon rubl olan nağd pul oğurlayıb. Bundan sonra Şeremet ədalətdən qaçıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. O, 2022-ci ilin dekabrında Domodedovo hava limanında Rusiya polisi tərəfindən saxlanılıb.
QAZİLER.AZ