Odessada Puşkinin abidəsinin üzərinə boya atıldı

Odessada Puşkinin abidəsinin üzərinə boya atıldı backend

Odessada rus şairi Aleksandr Puşkinin abidəsinin üzərinə boya atılıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 20-də “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat yayıb.

“Şəhər Şurasının tarix-toponimik komissiyasının Puşkinin və Vorontsovun abidələrinin yerində qalması ilə bağlı tövsiyəsindən sonra yerli rəssam Yaroslav Voitsexovski onun üzərinə boya töküb”, - məlumatda deyilir.

Rəssamın özünün dediyinə görə, bu yolla o, Rusiya ilə silahlı münaqişə zamanı belə bir abidənin olmasının qeyri-qanuni və məntiqsizliyi barədə fikirlərini bildirib.

Hadisədən sonra yerli deputat Pyotr Obuxov da çıxış edib. O bildirib ki, şəhər Puşkinskaya küçəsinin adını dəyişdirə və oradan rus şairinin abidəsini yığışdıra bilər.

Departamentin mətbuat xidməti noyabrın 13-də bildirib ki, Odessa Şəhər Şurasının tarix-toponimik komissiyası Puşkinin və knyaz Mixail Vorontsovun abidələrinin “müstəsna dəyərinə” görə yerində qalmasını tövsiyə edib.

QAZİLER.AZ

Diaspora