İvitsa Daçiç: “ATƏT-ə üzv olan bütün ölkələr diqqəti bölgədəki münaqişələrin həllinə yönəltməlidir”

İvitsa Daçiç: “ATƏT-ə üzv olan bütün ölkələr diqqəti bölgədəki münaqişələrin həllinə yönəltməlidir” backend

“ATƏT-ə üzv olan bütün ölkələr, institut və strukturlar diqqəti bölgədəki münaqişələrin həllinə və sabitliyin bərqərar olunmasına yönəltməlidir”.

APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın XİN başçısı İvitsa Daçiç ATƏT PA-nın Vyanada keçirilən sessiyasında bildirib.

İ. Daçiç qeyd edib ki, Paris və Kopehnagendə baş verənlər, habelə Ukrayna böhranı bölgənin təhülkəsizliyinə ciddi təhdidlərdən xəbər verir və bu istiqamətdə sıx əməkdaşlıq etmək lazımdır.

“Ukraynada vəziyyətin yenidən gərginləşməsi bizi narahat edir. Bütün tərəfləri Minsk razılaşmasının müddəalarına əməl etməyə, atəşkəsi təmin etməyə çağırırıq”, - deyə o vurğulayıb.

İ. Daçiç qeyd edib ki, ATƏT-in Ukraynadakı Missiyasının rəhbəri Ərtoğrul Apakanla görüşəcək və görüş çərçivəsində xüsusi missiyanın Minsk razılaşmasının reallaşması istiqamətində göstərəcəyi fəaliyyətin parametrləri müəyyən olunacaq.

Qeyd edək ki, Ə. Apakanın iştirakı ilə ATƏT PA-nın xüsusi disskussiyası fevralın 20-də Vyanada baş tutacaq.

İ. Daçiçin sözlərinə görə, ATƏT-in fundamental prinsipləri ilə yanaşı, Serbiya sədrliyi ATƏT bölgəsindəki dondurulmuş münaqişələrin qarşılıqlı razılaşma formatı çərçivəsində həll olunmasını prioritet tutacaq: “Tərəflər arasında yüksək səviyyəli təmaslar və görüşlərin davam etdiyi zaman münaqişənin həlli və etimadın yaranması üçün şərtlərin yaranacağına inanırıq. ATƏT regionundakı münaqişələrin həllini sürətləndirmək məsuliyyəti daha çox tərəflərin üzərinə düşür. Lakin buna baxmayaq, biz münaqişələrin dinc həlli üçün kollektiv dəstəyimizi göstərəcəyik”.
Diaspora