Türkiyənin Ərzincan bölgəsinin Kemah çölündə keçirilən "Qəhrəmanlar-28" əməliyyatı zamanı 1-i yaşıl, 1-i boz kateqoriyada olan 2 terrorçu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu ölkənin daxili işlər naziri Əli Yerlikaya Ərzincan Vilayət Jandarma Komandanlığının Kemah çölündə həyata keçirdiyi "Qəhrəmanlar-28" əməliyyatı çərçivəsində 1-i yaşıl, 1-i boz kateqoriyada olan 2 terrorçunun silahları ilə zərərsizləşdirildiyini açıqlayıb.
Yerlikaya sosial şəbəkədəki paylaşımında son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini vurğulayıb.
QAZİLER.AZ