ABŞ gələn həftə videokonfrans vasitəsilə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb ölkələrinin yaratdığı qrupun növbəti iclasını keçirəcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder Amerika müdafiə naziri Lloyd Ostin ilə ukraynalı həmkarı Rustem Umerov arasında telefon danışığından sonra verdiyi yazılı açıqlamada bildirib.
“Onlar gələn həftə uzaqdan keçiriləcək Ukrayna müdafiə məsələləri üzrə təmas qrupunun növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə ediblər”, - Rayder bildirib.