ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib ki, Krım Ukraynaya qaytarılmasa, Vaşinqton bu məsələ ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldırmayacaq.
“RİA Novosti”nin verdiyi xəbərə görə, V. Nuland bunu Vaşinqtondakı Marşall Fondunda çıxışında deyib. “Krımla bağlı sanksiyalar işğal davam etdiyi müddətdə qalacaq”, - deyə o, söyləyib.V. Nuland onu da əlavə edib ki, Ukrayna səmasında 2014-cü ildə sərnişin təyyarəsinin vurulmasında günahkar olanlar məhkəmə qarşısına çıxarılmalıdır: “Bu, təkcə Ukrayna üçün yox, bütün beynəlxalq sistem üçün fövqəladə dərəcədə vacibdir”.