Rusiya yaxın tarixdə Finlandiyanı heç vaxt təhdid etməyib, ona görə də Helsinkinin seçdiyi qarşıdurma yolu böyük səhvdir.
Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ölkələrin qarşıdurma üçün heç bir səbəbi yox idi, lakin finlər bu yolu seçiblər. “Rusiya müasir tarixdə Finlandiyanı heç vaxt təhdid etməyib; bizim heç vaxt qarşıdurma üçün səbəbimiz olmayıb”, - deyə o, vurğulayıb.
Kreml nümayəndəsi xatırladıb ki, Rusiya və Finlandiyanın hər zaman qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan münasibətləri olub.
QAZİLER.AZ