Rusiya Ukraynadakı müharibəni mümkün qədər tez bitirməlidir - Şolts

Rusiya Ukraynadakı müharibəni mümkün qədər tez bitirməlidir -  Şolts backend

Rusiya Ukraynadakı müharibəni mümkün qədər tez bitirməlidir, çünki Kremlin təcavüzü demək olar ki, bütün dünyaya əziyyət verir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında deyib.

"Rusiyanın Ukraynaya hücumu və onun genişmiqyaslı nəticələri, demək olar ki, bütün dünyanın iztirablarına səbəb olur. Biz bu fikirdəyik ki, Rusiya öz təcavüzünə ən qısa zamanda son qoymalıdır", - Şolz bildirib.

O, həmçinin davam edən döyüşlərə baxmayaraq, Ukraynanın taxılını ixrac edə bilməsində konstruktiv və mühüm rol oynadığına görə Türkiyəyə və şəxsən onun rəhbərinə təşəkkür edib.

"Moskvanın bu razılaşmanı davam etdirməməsi təəssüf doğurur", - kansler əlavə edib.

O, həmçinin qeyd edib ki, Rusiya öz müharibəsi ilə sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi ilə bağlı çoxdan formalaşmış qaydanı pozur.

"Bu, zamanın dəyişməsidir və bu, Avropanın təhlükəsizliyini təhdid edir", - Almaniya hökumətinin başçısı vurğulayıb.

QAZİLER.AZ

Diaspora