F-35 qırıcıları bir neçə Rusiya qırıcı və bombardmançısının yaxınlaşmasına cavab olaraq Norveçdən havaya qalxıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə NATO Hərbi Hava Qüvvələri komandanlığı Twitter (X) sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, Norveç F-35-ləri Alyansın hava məkanı yaxınlığında Rusiya təyyarələrinin uçuşuna cavab olaraq Evenes kommunasından havaya qalxıb.
"Norveçin beşinci nəsil qırıcıları iki Tu-160 bombardmançı, iki MiQ-31 və iki İl-78 kəşf edib. Rusiya qırıcıları F-35-lə qarşılaşdıqdan qısa müddət sonra Rusiyaya qayıdıb", - NATO Hərbi Hava Qüvvələri əlavə edib.
QAZİLER.AZ