Qəzza zolağında ölənlərin sayı 12 min nəfərə yüksəlib

Qəzza zolağında ölənlərin sayı 12 min nəfərə yüksəlib backend

Qəzza zolağında ölənlərin sayı 12 min nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 17-də anklav hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

"Qəzzada ölənlərin sayı 12 min nəfərə çatıb ki, onlardan 5 mini uşaq və yeniyetmələr və 3,3 mini qadınlardır", - qurumun mətbuat xidmətinin Facebook səhifəsində bildirilib.

Həmçinin qeyd olunur ki, anklavda İDF hərbi əməliyyatları başlayandan 30 minə yaxın insan yaralanıb, onların 75%-i uşaq və qadınlardır. Qəzza zolağında dağıntılar da daxil olmaqla itkin düşənlərin sayı 3750 nəfəri keçib.

Üstəlik, son məlumatlara görə, münaqişə nəticəsində israillilərin itkilərinin sayı 1405 nəfər, daha 5,6 min nəfər isə yaralanıb.

QAZİLER.AZ

Diaspora