Finlandiya sakinləri ölkə hakimiyyətindən Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanması qərarını ləğv etməyi tələb ediblər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Finlandiyanın Adressit.com portalında yerləşdirilən müvafiq petisiya noyabrın 17-də 6,5 mindən çox insan tərəfindən imzalanıb.
“Ailə əlaqəsi varsa, Finlandiya və Rusiya arasında sərhəd trafikinə icazə verilməlidir. Hökumətin Finlandiya və Rusiya arasında sərhəd nəqliyyatını tamamilə bağlamaq qərarı insan hüquqlarına ziddir”, - petisiyanın müəllifi Petri Mattinen bildirib.
Onun sözlərinə görə, sərhədin hər iki tərəfində çoxlarının yaxın qohumları var.
Müraciəti imzalayanlar arasında təkcə fin və ruslar deyil, çexlər, norveçlər, estonlar, eləcə də digər ölkələrin vətəndaşları var.
QAZİLER.AZ