Qazaxıstanda kokain qaçaqmalçılığında təqsirli bilinən Britaniya vətəndaşına bəraət verilib

Qazaxıstanda kokain qaçaqmalçılığında təqsirli bilinən Britaniya vətəndaşına bəraət verilib backend

Türküstan Vilayət Məhkəməsi narkotik qaçaqmalçılığına görə birinci instansiya məhkəməsi tərəfindən mühakimə olunan 29 yaşlı Böyük Britaniya vətəndaşı Zak Karl Povner-Cansonun apellyasiya şikayətinə baxılmasını başa çatdırıb.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, məhkəmə prosesinə əsasən, 2022-ci il noyabrın 1-də Özbəkistandan Qazaxıstana gələn Böyük Britaniya vətəndaşı sərhəd zastavasında sərhədçilər tərəfindən saxlanılıb. Bu, Türküstan vilayətinin Sarıağaş rayonundakı Jibek-Jolı sərhəd zastavasında baş verib. Sarıağaş rayon polis şöbəsi əməkdaşlarının iştirakı ilə ingilisin üzərində aparılan axtarış zamanı əcnəbiyə məxsus pul kisəsindən 0,36 qram kokain aşkar edilib.

Əcnəbiyə qarşı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 286-cı maddəsi “Dövriyyədən çıxarılan və ya dövriyyəsi məhdudlaşdırılan əşyaların qaçaqmalçılığı” maddəsi ilə cinayət işi açılıb.

Povner-Conson Sarıağaş Rayon Məhkəməsinin hökmü ilə bu cinayətdə təqsirli bilinib. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Türküstan Vilayət Məhkəməsinin mətbuat katibi Aset Serikbayev bildirib ki, məhkum və onun vəkili məhkəmənin hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti verib.

Nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətinə baxılan zaman Zak Karl Povner-Conson özünü təqsirli bilməyib, kokainin pul kisəsinə necə və hansı şəraitdə düşdüyünü bilmədiyini bildirib.

Nəticədə Türküstan Vilayət Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin təqsirli hökmü ləğv edilib və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün yeni hökm çıxarılıb.

QAZİLER.AZ

Diaspora