Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyasının (BƏZ) seysmik stansiyalar şəbəkəsi Qazaxıstan və Çin sərhəddində, Almatı şəhərindən 305 km şimal-şərqdə zəlzələ qeydə alıb.
Qaziler.Qazaxıstan mətbuatına istinadən bildirir ki, zəlzələ noyabrın 17-də Almatı vaxtı ilə saat 18.41-də qeydə alınıb. Zəlzələ 4.3 maqnitudada olub.
QAZİLER.AZ