Rus spirtli içkidən narazı qaldı, bar işçisinə bomba atdı

Rus spirtli içkidən narazı qaldı, bar işçisinə bomba atdı backend

Rusiyanın Voronej şəhərində polis keyfiyyətsiz spirtli içkiyə görə bar işçisinə bomba atan şəxsi saxlayıb.

Qaziler.az bildirir ki, RİA Novosti bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə nümayəndəsinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, hadisə Moskva prospektində yerləşən barlardan birində baş verib. Hücum edən şəxs içəri girərək texniki qurğunu satıcıya tərəf atıb, o, partlayıb və həmin şəxs hadisə yerindən qaçıb.

Hadisəi nəticəsində bar işçisi yüngül bədən xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənin şəxsiyyətini müəyyən edərək polis bölməsinə apara biliblər. Söhbət zamanı o,  hərəkətini müəssisənin keyfiyyətsiz spirtli içkilər satması ilə izah edib.

Hazırda  faktla bağlı araşdırma aparılır, hadisə yerindən götürülmüş cihazın qırıntıları ekspertizaya göndərilib.

QAZİLER.AZ

Diaspora