Keçmiş Kaliforniya qubernatoru və aktyor Arnold Şvartsenegger amerikalıları 2024-cü ildə keçiriləcək prezidentlik uğrunda Co Bayden və Donald Tramp arasında revanş qarşılaşmasından narahat olduqlarını anladığını söyləyib.
Qaziler.az xəbər verir ki, bu barədə Şvartsenegger “Politico”ya deyib. O bildirib ki, Ağ Evə “yeni qan” lazımdır.
76 yaşlı keçmiş qubernator qeyd edib ki, insanlar iki namizədin heç biri mükəmməl olmadığı üçün və həm də yaşlarına görə narahatdırlar (Baydenin 80, Trampın 77 yaşı var).
“Bizə yeni qan lazımdır. Mən həmişə deyirəm ki, bizə yeni nəsil liderlər lazımdır”, - Şvartsenegger vurğulayıb.
O, əlavə edib ki, eyni zamanda həm Demokrat, həm də Respublikaçılar partiyası hələ də yeni simalara şans verməyiblər.
Qeyd edək ki, Bayden ABŞ tarixinin ən yaşlı prezidenti olub.
QAZİLER.AZ