İsrailə gedən aparıcı Rusiyadakı bütün mülkünü satıb

İsrailə gedən aparıcı Rusiyadakı bütün mülkünü satıb backend

İsrailə gedən aparıcı İrina Şıxman Rusiyadakı bütün əmlakını satıb.

Qaziler.az xəbər verir ki, “Mash” teleqram kanalının məlumatına görə, o, 2021-ci il istehsalı olan “Mercedes-Benz GLA” avtomobilini 4 milyon rubla satıb.

Telekanalın məlumatına görə, bundan əvvəl jurnalist Moskvada daşınmaz əmlak da satıb. Palexskaya küçəsində iki otaqlı mənzilin satışından isə 9 milyon rubl əldə edib.

Xatırladaq ki, Şıxman daha çox “Danışaqmı?” YouTube kanalının müəllifi kimi tanınır. Mətbuatın yazdığına görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra jurnalist Moskvadan Təl-Əvivə köçüb. Ədliyyə Nazirliyi onu 2022-ci ilin noyabrında xarici agentlər siyahısına əlavə edib.

QAZİLER.AZ

Diaspora