Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Rusiyanın Burkina Faso və Somaliyə buğda ilə iki gəmi göndərdiyini və bu gəmilərin noyabrın sonu və ya dekabrın əvvəlində ölkələrin limanlarına çatacağını söyləyib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Nazirin sözlərinə görə, Rusiya hökuməti təchizatın yaradılması üçün bütün lazımi qərarları qəbul edib
"Somali və Burkina Faso istiqamətində ilk iki gəmi - hər biri 25 min ton - artıq Rusiya limanlarını tərk edib, biz onların təyinat yerlərinə bu ilin noyabrın sonu - dekabrın əvvəlində çatacağını gözləyirik", - Patruşev bildirib.
QAZİLER.AZ