Norveçin ədliyyə naziri Emilie Enger Mel Finlandiyanın Rusiya ilə sərhədində dörd nəzarət-buraxılış məntəqəsinin bağlanması ilə bağlı açıqlama fonunda Norveç tərəfində də analoji tədbirlər görməyə hazır olduğunu təsdiqləyib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə nazir Norveçin NTB xəbər agentliyinə açıqlama verib.
Norveç Ədliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya ilə yeganə quru sərhəd məntəqəsi olan Storskoquda hazırda aktivlik yoxdur.
"Biz vəziyyəti yaxından izləyirik və lazım gələrsə, sərhədi tez bir zamanda bağlaya bilərik", dedyə o, bildirib.
QAZİLER.AZ