Gürcüstanın baş naziri İrakli Qaribaşvili Almaniyanın federal kansleri Olaf Şoltsla telefonla danışıb.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, telefon danışığı zamanı Gürcüstanın Baş naziri və Almaniyanın federal kansleri Avropa Komissiyasının qəbul etdiyi müsbət qərardan danışıblar.
Almaniyanın federal kansleri Gürcüstanın əldə etdiyi irəliləyişi müsbət qiymətləndirib və bunu Avropa Komissiyası da təsdiqləyib.
Hökumət başçısı Aİ-nin tövsiyələrinin icrası prosesində göstərdiyi mühüm yardım və dəstəyə görə Olaf Şoltsa təşəkkür edib və Avropaya inteqrasiya yolunda Almaniya Federativ Respublikasından Gürcüstana gələcək dəstəyin böyük əhəmiyyətini vurğulayıb.
QAZİLER.AZ