Oktyabrın 7-də İsrail və Fələstin arasında hərbi münaqişənin qızışmasından bu yana 4 mindən çox insan Rəfah keçid məntəqəsindən Misir ərazisinə keçib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 16-da Misirin səhiyyə və əhali naziri Xalid Əbdül Qaffar məlumat verib.
“Misir hakimiyyəti Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə sərhədi keçən 4 mindən çox insanı öz ərazisində qəbul edib”, - TASS “Al Arabiya”ya istinadən xəbər verir.
QAZİLER.AZ