İranlı nazir: Sanksiyalardan ən çox ziyanı aviasiya sənayesi görüb

İranlı nazir: Sanksiyalardan ən çox ziyanı aviasiya sənayesi görüb backend

Beynəlxalq sanksiyalardan ən çox ziyanı ölkənin aviasiya sənayesi görüb. Bunu bu gün İran Parlamentində hesabatla çıxış edən yol və şəhərsalma naziri Abbas Axundi deyib.


Trend-in məlumatına görə, bu barədə İranın "khabaronline" xəbər saytı məlumat verib.

A.Axundi deyib ki, hazırda ölkədə 67 hava limanı var ki, onlardan yalnız 43-ü fəaliyyət göstərir: “11 ildir ölkənin naviqasiya sisteminə investisiya yatırılmır. İldə 10 milyon sərnişini yerləşdirən Tehranın Mehrabad hava limanına 40 ilə yaxındır investisiya yatırılmayıb".

A.Axundi bildirib ki, ölkənin naviqasiya sisteminin yenilənməsi üçün İrana 250 milyon dollar sərmayə lazımdır: “Ukraynada baş verən hadisələrdən sonra İran hava məkanından beynəlxalq uçuşların sayı gündəlik 500 təyyarədən 1000 təyyarəyə kimi artıb.”

A.Axundi deyib ki, 10 ayadək İmam Xomeyni adına hava limanınn ikinci terminalının açılışı nəzərdə tutulur: “İmam Xomeyni adına hava limanının ikinci terminalının fəaliyyətə başlaması ilə sərnişinlərin sayı iki dəfə artacaq”.

Qeyd edək ki, İran parlamentinin 13 nümayəndəsi ölkənin yol və şəhərsalma nazirini hesabat vermək üçün parlamentə çağırıb. Hesabat bu gün səhər İran parlamentində təqdim olunub.

Yol və şəhərsalma nazirinin hesabat verməsini tələb edən deputatlar narazılıqlarını A.Axundinin vəzifə səlahiyyətlərinin öhdəsindən gəlməməsi və nazirliyi idarə edə bilməməsi, yol və şəhərsalmadakı nöqsanlar, kəndlilərin evlərlə təmin edilməməsi və Naizrlikdəki maliyyə çatışmazlıqları ilə əsaslandırıblar.

Xatırladaq ki, bundan öncə cari ilin may ayında İran parlamentinin 24 nümayəndəsi A.Axundini hesabat üçün parlamentə çağırmışdı.
Diaspora