Sandunun iti Avstriya prezidentini dişlədi - FOTO - VİDEO

Sandunun iti Avstriya prezidentini dişlədi - FOTO - VİDEO backend

Moldova prezidenti Maya Sandunun iti Avstriya prezidenti Aleksandr Van der Belleni sığallamaq istəyərkən onu dişləyib.

Qaziler.az "TVR Moldova" telekanalına istinadən xəbər verir ki, insident iki liderin Kişinyovda görüşündən sonra baş verib.

“Köpək Kodruc avtomobil tərəfindən vurulduqdan sonra  götürülüb. Avstriya prezidenti onu sığallamaq istəyəndə o, onun əlini dişləyib”, - telekanal məsələyə aydınlıq gətirib.

Daha sonra Van der Bellen Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb və onun əlində sarğı olduğu görünüb.

Avstriya lideri Kişinyova işgüzar səfərə gəlib. O, danışıqlar aparmaq və hər iki ölkənin ticarət və sənaye palatalarının təşkil etdiyi biznes forumda iştirak etmək üçün Moldova paytaxtındadır.

QAZİLER.AZ

Diaspora