Çimərlikdə qadını ildırım vurdu - VİDEO

Çimərlikdə  qadını ildırım vurdu - VİDEO backend

Kolumbiyada çimərlikdə gəzən qadını ildırım vuraraq öldürüb.

Kolumbiyada ailəsi ilə birlikdə çimərliyə gələn venesuelalı qadını ildırım vurub.

Qaziler.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Noyabrın 14-də Kartaxenada iki uşaq anası 34 yaşlı Froilanis Rivas Romanı ildırım vurub. Bu an müşahidə kamerası tərəfindən lentə alınan videoya düşüb. Kadrlarda sahillə gedən qadını təbii elektrik cərəyanının necə vurduğu, daha sonra isə qumun üzərinə yıxıldığı görünür. Yoldan keçən şəxs də yıxılıb, amma dərhal ayağa qalxıb.

Hadisə yerinə təcili yardım çağırılıb. Onu maşına yükləyəndə Roman sağ olub, lakin xəstəxanaya gedərkən o, güclü infarkt keçirib və həkimlər onu xilas edə bilməyiblər.

QAZİLER.AZ

loading...
Diaspora