ABŞ dövlət katibi Antoni Blinken ABŞ prezidenti Co Baydenin Çin prezidenti Si Cinpini diktator adlandırmasına mənfi reaksiya verib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 16-da "Sky News Australia" məlumat yayıb.
“Görüntülərdə dövlət katibi Blinkenin prezident Baydenin Çin prezidenti Si Cinpini “diktator” adlandırmasından sonra məəttəl qaldığı və başını yellədiyi görünür”, - deyə telekanal YouTube-da yayımlanan videonu təsvir edib.
Blinken, Baydenin diktator haqqında sözlərini dediyi anda, qaşlarını çataraq üzünü çevirib bundan sonra baxışlarını prezidentə dikərək başını bulayıb.
mənbə: izvestiya.ru
QAZİLER.AZ