Çin rəsmi olaraq dünyanın ən sürətli internetini elan edib. Yeni şəbəkə ABŞ-dəki ən yaxın rəqibindən 3 dəfə sürətlidir və saniyədə 1,2 terabit sürətə çata bilir.
Qaziler.az xəbər verir ki, bu sürət indiki əsas internet marşrutlarının əksəriyyətindən on dəfə yüksəkdir və qlobal internetdə əhəmiyyətli irəliləyiş göstərir.
3 min kilometrdən çox ərazini əhatə edən şəbəkə Pekin, Uhan və Quançjounu geniş fiber-optik kabel sistemi vasitəsilə birləşdirir.
Rəsmi olaraq iyul ayından fəaliyyət göstərən şəbəkənin etibarlılığı və səmərəliliyi geniş şəkildə sınaqdan keçirilmiş və sübut edilmişdir.
Bu nailiyyət Tsinghua Universiteti, China Mobile, Huawei Technologies və Cernet Corporation şirkətlərinin birgə səyinin nəticəsidir.
Qlobal internet şəbəkələrinin əksəriyyəti hazırda saniyədə 100 giqabit sürətlə işləsə də, Çinin yeni şəbəkəsi bu standartı pozur, hətta ABŞ-ın saniyədə 400 giqabit internetə yüksəltməsini belə ötüb.
QAZİLER.AZ