Çin prezidenti Si Cinpin Amerika prezidenti Co Baydenlə danışıqlar zamanı Vaşinqtona Çin narkotikləri ilə mübarizədə kömək etməyə razılaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda Ağ Ev rəhbəri bu sazişin həyatları xilas edəcəyini vurğulayıb və bu istiqamətdə əməkdaşlıq etmək istəyinə görə Çin liderinə minnətdarlığını bildirib.
Baydenin görüşdən sonra keçirdiyi mətbuat konfransında Pekinin ABŞ-da narkotik böhranına səbəb olan ən güclü dərman fentanilin prekursorları kimi kimyəvi maddələr istehsal edən Çin şirkətlərini təqib etməyə razılaşdığını bildirib. O vurğulayıb ki, Amerika administrasiyası Çinin sammitdə verdiyi vədləri yerinə yetirib-yetirməməsinə yaxından nəzarət edəcək.
QAZİLER.AZ