Qəzza şəhərində İsrail əsgərlərinin bundan əvvəl şəkil çəkdirdiyi parlament binası dağıdılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri binanı ələ keçirdikdən sonra onu məhv ediblər.
“İsrail Müdafiə Qüvvələri Qəzzanın parlamenti kimi xidmət göstərən binanı partladıb”, - deyə məlumatda bildirilir.
“Haaretz” qeyd edib ki, struktur son vaxtlar Fələstin anklavının parlamenti üçün görüş yeri kimi istifadə edilməyib.
QAZİLER.AZ