“Müğənni Alla Puqaçova Rusiya səhnəsinə qayıtmaq üçün mövqeyini dəyişməlidir”.
Bunu rusiyalı musiqi tənqidçisi Aleksandr Volkov bildirib.
“Hər hansı ciddi mediada görünmək üçün Primadonnanın çox ciddi hazırlığı, həmçinin mövqeyində dəyişiklik olmalıdır ki, buna isə heç inanmaq olmur”, - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiyalı müğənni Alla Puqaçovanın Yeni il dönəmində səhnəyə qayıtmaq istədiyi bildirilirdi.
Mənbə: lenta.ru