"İnstagram" Kadırovun oğullarının hesablarını blokladı

"İnstagram" Kadırovun oğullarının hesablarını  blokladı backend

“Instagram” sosial şəbəkəsi Çeçenistan liderinin oğulları Əhməd, Adəm və Əli Kadırovların hesablarını bloklayıb.

Qaziler.az “Nyus.ru”ya isitinadla xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Amerika şirkətinin hərəkətləri ikili standartların təcəssümüdür və Kadırovun uşaqlarının bloklanması ABŞ-ın təbliğ etdiyi söz azadlığı ideyasına uyğun gəlmir.

“ABŞ və kollektiv Qərb çoxdan ikili standartların təcəssümünə çevrilib. Təəccüblənmək lazım deyil, amma söhbət mənsub olduqları icmaların hüquqlarını heç bir şəkildə pozmayan bölgəmizdəki əsas məlumat mənbələrindən gedir”, - Dudayev yazıb.

QAZİLER.AZ

Diaspora