Albaniya kriminal avtoritet Vasya Banditi Rusiyaya ekstradisiya edib

Albaniya kriminal avtoritet Vasya Banditi Rusiyaya ekstradisiya edib backend

Albaniya hökuməti Vasya Bandit ləqəbi ilə tanınan rusiyalı kriminal avtoritet İqor Kokunovu vətəninə ekstradisiya edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Albaniyanın “Daily News” qəzeti yazıb. Qeyd edilib ki, həmin şəxs ötən ilin fevralında Moskvada ev dustaqlığından qaçaraq Rusiya hüquq-mühafizə orqanlarından gizlənib.

2023-cü ilin avqustunda Alban polisi İnterpolun sorğusu əsasında Vasya Banditi Monteneqro ilə sərhəddə saxlayıb. 57 yaşlı rusiyalının ona NATO üzvü olan ölkədə siyasi sığınacaq verilməsi ilə bağlı müraciətlərinə baxmayaraq, yerli hüquq-mühafizə orqanları Rusiya Ədliyyə Nazirliyinin ekstradisiya tələbini müsbət qiymətləndirib.

Nəşr qeyd edir ki, Rusiyada Kokunov uşaq oğurluğu, çirkli pulların yuyulması və cinayətkar biznes sxemləri yaratmaqda ittiham olunur. Onu 15 ilə qədər həbs gözləyir.

QAZİLER.AZ

Diaspora