Fransada təhlükəsizlik qüvvələrinin 2015-ci ildən bəri "Briefcam" üz tanıma proqramından qeyri-qanuni istifadə etdiyi iddia edilib.
Qaziler.az bildirir ki, Fransanın "Disclose" araşdırma saytı iddia edib ki, səlahiyyətlilər 2015-ci ildə İsrailin Briefcam şirkətindən gizli şəkildə üz tanıma proqram təminatı alıblar.
Milli polis departamentinin daxili yazışmalarına və "Disclose" tərəfindən əldə edilən sənədlərə görə, polis illərdir heç bir qanuni əsas olmadan "Briefcam" proqram təminatından istifadə edir və Daxili İşlər Nazirliyi bu qanun pozuntusuna göz yumur.
QAZİLER.AZ