Ukrayna təhlükədən qaçmaq üçün mümkün qədər tez kömək almalıdır - ABŞ konqresmeni

Ukrayna təhlükədən qaçmaq üçün mümkün qədər tez kömək almalıdır - ABŞ konqresmeni backend

ABŞ Ukraynaya yeni yardımı aylarla deyil, həftə ərzində təsdiqləməlidir. Əks halda Kiyev təhlükəli vəziyyətə düşə bilər.

Qaziler.az bildirir ki, bu barədə ABŞ-ın demokrat konqresmeni Adam Smit "Politico Defense" nəşrinə deyib. 

Smit Konqresi Ukraynaya yardımı noyabr və ya dekabrda ötürməyə çağırıb.

"Kiyev dözə bilər, lakin onların mövqeyi o qədər də güclü olmayacaq. Əgər biz onları ağlabatan müddət ərzində resurslarla təmin etməsək, onlar çox təhlükəli vəziyyətdə olacaqlar", - konqresmen deyib.

O, xüsusilə qeyd edib ki, Ukraynaya yardımı ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirən respublikaçılarla razılaşmır. Onun sözlərinə görə, bunun "heç bir mənası yoxdur".

QAZİLER.AZ

Diaspora